Menu

Almaniyadan PKK ilə bağlı qadağa

10.03.2017, 23:48
Almaniyadan PKK ilə bağlı qadağa

Almaniya Daxili İşlər Nazirliyi PKK-nın keçmiş lideri Abdullah Öcalanın şəkli olan bayraq və simvolları qadağan edib.Axar.az xəbər ki, bu barədə “Şpigel Onlayn” məlumat yayıb.

Belə ki, nazirlik bununla bağlı əyalətlərdəki təhlükəsizlik qüvvələrinə 5 səhifəlik bildiriş mətni göndərib.

Həmin mətndə Öcalanın da şəkli daxil olmaqla, PKK-ya məxsus 33 simvolun Almaniya ərazisində nümayişinin qadağan edildiyi göstərilib.

Qeyd edək ki, qadağa qoyulmuş simvollar arasında YPG-yə məxsus olanları da var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol