Menu

Banklar dollar satışını 3 dəfədən çox azaldıblar

11.03.2017, 13:38
Banklar dollar satışını 3 dəfədən çox azaldıblar

2017-ci ilin yanvar ayında Azərbaycan bankları 121,52 milyon dollar satıblar.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın rəsmi saytında yerləşdirilmiş hesabatda qeyd olunur.

Əvvəlki aylarla nisbətdə dollar satışı 11,7 faiz, 2016-cı ilin yanvar ayı ilə müqayisədə isə 3,2 dəfə azalıb.

2017-ci ilin yanvarında banklar 58,24 milyon dollar alıblar ki, bu göstərici 2016-cı ilin dekabr göstəricisindən 2 dəfə, ötən ilin yanvar göstəricisindən isə 3,8 dəfə azdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol