Menu

Qvardiola və Keyn hamını qabaqladı

12.03.2017, 10:38
Qvardiola və Keyn hamını qabaqladı

İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşıları müəyyənləşib.

Qol.az-ın xəbərinə görə, “Tottenhem”in hücumçusu Harri Keyn fevral ayının ən yaxşı futbolçusu seçilib.

İngiltərəli futbolçu ötən ay meydana çıxdığı 3 matçda 4 qol vurub. 23 yaşlı forvard artıq 4-cü dəfədir ki, bu ada layiq görülür.

Fevral ayının ən yaxşı baş məşqçisi isə “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola seçilib. Onun komandası fevralda keçirdiyi hər üç qarşılaşmada qalib gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol