Menu

Tovuzda sahibsiz itlər 4 baş qoyunu parçalayıb

12.03.2017, 10:41
Tovuzda sahibsiz itlər 4 baş qoyunu parçalayıb

Hadisə rayonun Əlibəyli kəndində baş verib.

Fərzalı İsgəndərovun xırdabuynuzlu heyvanları örüşdən qayıdarkən itlərin hücumuna məruz qalıb. Quduz itlər heyvanlardan 3-nü yaralayıb, 1-ni isə parçalayaraq öldürüb.

Zərərçəkənin sözlərinə görə, quduzlaşmış itlərin sayı kənddə günbəgün artır. Təhlükə mənbəyinə çevrilən canlılar azyaşlı uşaqların oyun meydançasında daha çox gözə çarpdığından bu məsələ sakinləri ciddi narahat edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol