Menu

Haitidə avtobusun kütləni vurması nəticəsində 34 nəfər ölüb

12.03.2017, 20:31
Haitidə avtobusun kütləni vurması nəticəsində 34 nəfər ölüb

Haitidə onlarla insanın həlak olması və yaralanması ilə nəticələnmiş ağır yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu barədə "France Presse" xəbər verib.

Məlumata görə, hadisə ölkənin şimalındakı Qonaiv şəhərində baş verib. Belə ki, avtobusun kütləni vurması nəticəsində 34 nəfər ölüb.

Hadisə zamanı daha 15 nəfər xəsarət alıb. Qəzanın hansı səbəbdən baş verməsi barədə hər hansı məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol