Menu

Azərbaycanda banklararası kreditlər bahalaşıb

13.03.2017, 13:37
Azərbaycanda banklararası kreditlər bahalaşıb

Azərbaycanda banklararası kreditlər cari ilin yanvar ayında bahalaşmağa davam edib. Fevalın 1-nə manatla kreditlər üzrə orta faiz dərəcəsi illik 10,96%, xarici valyuta ilə kreditlərdə isə 9,01% təşkil edib.

"Report" bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, manatla kreditlər aylıq 0,1 faiz bəndi, xarici valyutada isə 3,59 faiz bəndi bahalaşıb. Ən bahalı 30-90 günlük kreditlər olub. Manatla kreditlər üzrə orta faiz dərəcəsi illik 20,62%, xarici valyutada isə 17,22% təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol