AzPolitika.info xavrici KİV-ə istinadla xəbər verir ki, «Brexit» işə salınana qədər Böyük Britaniyanın nazirlərinə ölkədən çıxmaq qadağan olunub.
«Telegraph» qəzetinin yazdığına görə, bu ehtiyatlılıq onunla bağlıdır ki, olduqca çox sayda mühafizəkar lordlar palatası tərəfindən təklif olunmuş iki düzəlişə qarşı çıxır. Bu da Böyük Britaniyanın Avropa İttifaqından çıxması prosesinin işə salınmasına mane olur.
Artıq nazirlər kabinetinin iki üzvünə parlament iclasında iştirak etməməyiə icazə verilməyib. Partiyada ehtiyatlanırlar ki, birdən «Brexit» əleyhdarlarının sayını qiymətləndirmək mümkün olmaya bilər. Odur ki, hamının parlamentdə iştirakı çox vacibdir.
Bundan əvvəl xəbər verilmişdi ki, Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından çıxması prosedurunu martın 14-də işə sala bilər.

Şərhlər