Menu

Prezident İlham Əliyev “Total” şirkətinin prezidenti ilə görüşüb

13.03.2017, 19:27
Prezident İlham Əliyev “Total” şirkətinin prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə “Total” şirkətinin prezidenti Patrik Puyane ilə görüşü olub.

"Report" xəbər verir ki, Patrik Puyane Azərbaycanda gedən inkişaf proseslərinin maraqla qarşılandığını deyib, Bakının gözəl şəhərlərdən birinə çevrildiyini vurğulaıb.

Söhbət zamanı SOCAR ilə “Total” arasında əlaqələrin inkişafı, “Abşeron” yatağının işlənilməsi, “Ümid”, “Babək” qaz-kondensat yataqları üzrə əməkdaşlıq və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol