Menu

 “Azərbaycan Abxaziyanın müstəqilliyini tanımır” - XİN

13.03.2017, 20:09

trend_mid_azerbaijan_main xinAzərbaycan Xarici İşlər Nazirliyi Abxaziyada keçirilmiş qondarma parlament seçkiləri ilə əlaqədar bəyanat yayıb.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda qeyd olunur ki, Azərbaycan Abxaziyanın müstəqilliyini və nəticə etibarilə, 12 mart 2017-ci ildə Abxaziyada keçirilmiş qondarma parlament seçkilərinin nəticələrini tanımır:

“Azərbaycan Xarici İşlər Nazirliyi inanır ki, Abxaziya məsələsinin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həlli üçün danışırların davam etdirilməsi zəruridir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol