Avropa Birliyi Rusiya və Ukraynanın bəzi vətəndaşlarına qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadıb.
Bu barədə məlumat bu gün qurumun rəsmi saytında yerləşdirilib.
Məlumata əsasən, həmin şəxslərin aktivlərinin dondurulması və Avropa Birliyi məkanına səfərlərinin qadağası ilə bağlı qərar daha 6 ay – sentyabrın 15-dək qüvvədə qalacaq.
Sanksiyanın uzadılmasına Ukraynanın ərazi bütövlüyünü, suverenliyini təhdid edən fəaliyyətlər səbəb olub.
“Qara siyahı”dan dünyasını dəyişən iki nəfərin adı çıxarılıb.(azadliq.info)


Şərhlər