Menu

"Müstəqil Şotlandiya NATO üzvlüyünü itirəcək" - Stoltenberq

13.03.2017, 21:30

Jens-StoltenbergŞotlandiya müstəqillik qazanarsa, NATO üzvlüyünü itirəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Şotlandiyanın Böyük Britaniyanın tərkibindən ayrılmaqla bağlı referendum keçirmə planına münasibət bildirərkən deyib.

O, bildirib ki, belə olduğu halda, Böyük Britaniya təşkilatın tərkibində qalacaq, Şotlandiya isə yeni dövlət kimi üzvlüklə bağlı müraciət etməli olacaq.

Qeyd edək ki, bu gün Şotlandiyanın birinci naziri Nikola Sterjen müstəqilliklə bağlı ikinci dəfə referendum keçirəcəkləri haqqında bəyanatla çıxış edib. Onun sözlərinə görə, səsvermə 2018-ci ilin payızından 2019-cu ilin yazına kimi "Brexit"in şərtləri məlum olduqdan sonra keçirilməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol