Menu

Xoşqədəm vuruldu

26.05.2014, 16:10
Xoşqədəm vuruldu

Aparıcı Suriyada ayaqlarından güllə yarası alıb

Bu gün yerli mətbuatda Xoşqədəm Hidayətqızı Suriyada vurulması barədə məlumat yayılıb. Jurnalistə yaxın mənbə də bu faktı ANS PRESS-ə təsdiqləyib. İlkin məlumata görə,hadisə Hələb şəhərində baş verib. Jurnalist ayaqlarından yara alıb.

Qeyd edək ki, X.Hidəyətqızının yaralanması barədə ilk olaraq "xeberdar" portalı yayıb.

Məlumata görə, Xoşqədəm Hidayətqızı Suriyadan verlişin əməkdaşları ilə əlaqə saxlayıb. Hələb şəhərində olan aparıcı, bir neçə axtarışın sonucu ilə bağlı verlişin axtarış şöbəsi ilə danışırmış, elə həmin vaxt atəş səsləri eşidilib. Aparıcı telefonda qışqıraraq əməkdaşına vurulduq deyib və bir anlıq dəhşətli səslər eşidilib. Daha sonra Suriyada olan çəkiliş qrupu ilə əlaqə kəsilib. Operatoru ilə Suriyada olan aparıcı yaralandım sözünü də işlədib.

Qeyd edək ki, mənbənin bildirdiyinə görə teleaparıcının vurulması xəbərini teleşirkətdə bəzi şəxslər bilsə də mətbuata çıxmaması üçün gizli saxlanılır.

------

"Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının vurulmasının təfərrüatları məlum olub.

ATV-nin redaktoru Vüqar Bektaşın ANS PRESS-ə verdiyi məlumata görə, verilişin çəkiliş qrupunun avtomaşını Suriyanın Hələb şəhərində atəşə tutulub.

Atəşdən sonra əməkdaşzlar maşından qaçıb çıxmağa müvəffəq olublar. Bundan sonra avtomaşın partlayıb. Hazırda Xoşqədəm Hidayətqızı ilə telefon əlaqəsi kəsilib.

Aparıcının ayağından xəsarət aldığı bildirili

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol