Menu

«Rusiyanın Liviyada hərbi iştirakı mümkün deyil» - Viktor Ozerov

14.03.2017, 15:02
«Rusiyanın Liviyada hərbi iştirakı mümkün deyil» - Viktor Ozerov

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Dövlət Duması Federasiya Şurasının müdafiə məsələləri üzrə komitəsinin sədri Viktor Ozerov bəyan edib ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) müvafiq sanksiyası olmadan, Rusiyanın Liviyada hərbi iştirakı mümkün deyil.

Komitə sədri guya, Rusiya xüsusi təyinatlılarının Misirdəki hərbi bazada iştirakı barədə yayılmış xəbəri «tilov» adlandırıb: «Mümkündür ki, bu, ABŞ-n Suriyada xüsusi təyinatlı bölmələrdən istifadə etmək niyyətindən diqqəti yayındırmaq məqsədi daşıyır».

Rusiya xüsusi təyinatlılarının artıq Liviya sərhədinə gətirildiyi barədə xəbəri «Röyter» agentliyi yayıb. Agentliyin məlumatına görə, Rusiya liviyalı general Xəlifə Xəftara kömək edir. Bundan əvvəl yayılan xəbərə görə, artıq onun tərəfində onlarla nəfər Rusiyanın özəl hərbi kampaniya üzvü vuruşur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol