Menu

Ərəb Birliyi Suriya ilə danışıqlara başlayır

14.03.2017, 17:04
Ərəb Birliyi Suriya ilə danışıqlara başlayır

Ərəb Ölkələri Liqası Suriyanın təşkilata üzv qəbul edilməsi üçün danışıqlara başlayıb.Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əlcəzairin Afrika İttifaqı və Ərəb Ölkələri Liqası üzrə naziri Abdülqədir Mesaxel söyləyib.

“Biz əvvəldən Suriyanın Ərəb Ölkələri Liqasından uzaqlaşdırılmasını istəmirdik. Əlcəzair Suriyadakı konfliktin sülh yolu ilə həllini dəstəkləyir”, – deyə o bildirib.

Qeyd edək ki, yaxın altı ay ərzində Ərəb Ölkələri Liqasının Nazirlər Şurasına Əlcəzair rəhbərlik edəcək.

Suriya Ərəb Ölkələri Liqasından 2011-ci ilin noyabrında uzaqlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol