Menu

Bakıda polis zabiti restoranda öldü

15.03.2017, 14:27
Bakıda polis zabiti restoranda öldü

Paytaxtda restoranda ölüm hadisəsi baş verib.Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Həsənoğlu küçəsində yerləşən restoranda qeydə alınıb.

Restorandakı müştərilərdən biri, 1962-ci il təvəllüdlü Rövşən Kamil oğlu Abbasov qəfildən dünyasını dəyişib. Onun ürək tutmasından öldüyü ehtimal edilir.

R.Abbasov təqaüddə olan polis zabitidir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol