AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, hökumət iş adamları Əlişir Usmanov və Aleksey Mordaşovdan Donbas üçün kömək istəyib.
Belə ki, «Medallitnvest» və «Severstal» holdinqlərinə DXR (Ukrayna, Donbas vilayəti) və LXR (Ukrayna, Lipetsk vilayəti) müəssisələrinə dəmir filizi göndərilməsi imkanlarına baxmaq tövsiyyə olunub. Xəbəri «RBK» yayıb.
Tanınmamış respublikalar dəmir yol nəqliyyatı blokadasına düşəndən sonra, buradakı zavodlar xammalsız qalıb.
«RBK»-nın məlumatına görə, Rusiya şirkətləri xammal göndərilməsinə yaxın vaxtlarda başlamağa hazır olduqlarını bildiriblər.
Göründüyü kimi, Şərqi Ukraynanın Rusiya tərəfindən işğalı addım-addım davam etməkdədir.

Şərhlər