Menu

Türkiyə Aİ ilə razılaşmasına yenidən baxmaq qərarı verdi!

15.03.2017, 14:41

miqrantiAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə miqrasiya barədə Avropa İttifaqı (Aİ) ilə bağlamış olduğu müqaviləyə yenidən baxmaq qərarına gəlib. Bu barədə Türkiyənin Aİ ilə iş üzrə naziri Ömər Çelik bəyan edib.

Nazir qeyd edib ki, Avropa ölkələrindən fərqli olaraq, Türkiyə müqavilə üzrə öz öhdəliklərini yerinə yetirib.

Ötən ilin martında Brüsseldə Türkiyə ilə Avropa İttifaqı arasında bir razılaşma sənədi imzalanıb. Sənədə görə, Türkiyə öz ərazisindən tranzitlə Yunanıstana keçmiş bütün qaçqınları geriyə qəbul etməyi öhdəsinə götürüb. Bunun əvəzində isə Türkiyəyə Aİ ilə vizasız rejim, Aİ ilə inteqrasiya barədə danışıqların sürətləndirilməsi və maliyyə yardımı vəd olunub.

Məlum olduğu kimi, Aİ ölkələri hələ də öz müqavilə öhdəliklərini yerinə yetirməyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol