AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) ordusu Cənubi Koreyada daimi əsaslarla, bir pilotsuz uçan aparat (PUA) rotası yerləşdirmək niyyətindədir.
ABŞ Müdafiə Nazirliyi (MN) nümayəndəsinin sözlərinə görə, «Gray Eagle» PUA rotasının yerləşdirilməsi 2018-ci ilin əvvəlinə qədər baş tutacaq və Cənubi Koreya üçün elə də böyük bir hadisə olmayacaq.
Xəbərə görə, adi PUA rotası 12 pilotsuz uçan aparatdan və 128 nəfər xidmət personalından təşkil olunur. Ancaq Koreyada yerləşdirilməsi nəzərdə tutulan rotada yalnız 3 PUA olacaq.
Rota İkinci piyada diviziyasının ikinci ordu aviasiya briqadasının tərkibinə qatılacaq. Amerikalı hərbçilərinin bəyanatlarına görə, PUA-lar diviziyanın kəşfiyyat və müşahidə imkanlarını gücləndirəcək.
.

Şərhlər