“Mavi Mərmərə” məhkəməsində qərar çıxıb. Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul 7-ci Ağır Cinayətlərə dair Məhkəməsi “Mavi Mərmərə” prosesinə aid son qərar çıxardıb. Belə ki, məhkəmədə İsrailin Ali Baş Qərargah rəisi Raul Aluf Aşkinazi də olmaqla dörd şübhəli haqqında yaxalanma qərarı verilib. Məhkəmə şübhəlilər haqqında qırmızı bülleten çıxarılmasını istəyib.


Şərhlər