Menu

YOL POLİSLƏRİ QAYDALARI BELƏ POZUR - Video

15.03.2017, 23:54
YOL POLİSLƏRİ QAYDALARI BELƏ POZUR - Video

Evakuator dayanma-durma qaydasını pozan avtomobili ərazidən götürür. Amma elə özləri qayda pozurlar. Kadrlardan göründüyü kimi, evakuator iki hissəli hərəkət olan yolun bir hissəsini tamamlilə bağlayıb. Buna görədə digər avtomobillər öz zolağından çıxaraq qarşı tərəfin yoluna çıxmağa məcbur olur.

"AzPolitika.info" xəbər verir ki, Xəzər TV-nin əməkdaşları, evakuatoru təqib edib. Yol polisi əməkdaşı nəqliyyat vasitəsindən düşür, qapını örtmür, evakuator isə belə vəziyyətdə hərəkətə davam edir. Yol polisi əməkdaşı isə qaçaraq uzaqlaşır.

Görüntülərlə tanış olan yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, evakuasiya zamanı elə üsul seçilməlidir ki, bu başqaları üçün maneə yaratmasın. Yəni bu görüntülərdəki kimi işləmək doğru deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol