Menu

Messi Suriyada müharibəni dayandırmağa çağırıb

16.03.2017, 00:06

messiArgentina yığması və Kataloniya "Barselona"sının futbolçusu Lionel Messi Suriyada müharibənin dayandırılmasını tələb etmək üçün birləşməyə çağırıb.

"Report" xəbər verir ki, bu barədə o, öz "Facebook" səhifəsində yazıb.

"Müharibə üçün bir gün belə çoxdur. Suriyada isə uşaqlar artıq altı ildir ki, amansız və qəddar hərbi münaqişənin əsirinə çevriliblər. Bu, bir ata və YUNİSEF-in səfiri kimi mənim ürəyimi ağradır. Müharibənin dayandırılması üçün öz səsinizi YUNİSEF-ə əlavə edin", - deyə Messi yazıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol