Menu

Bağlanmış bankın baş ofisinin binası satılır

16.03.2017, 10:52
Bağlanmış bankın baş ofisinin binası satılır

Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv edilmiş Bank Standard-ın əmlakının satışını nəzərdə tutur.

“Marja”nın əldə etdiyi məlumata görə, Bankın Azərbaycan pr-ti, 4 ünvanında yerləşən baş ofisinin binası satılır. Artıq bir neçə bankın və Azərbaycan İpoteka Fondunun Bank Standard-ın baş ofisinin binası ilə maraqlandığı bildirilir.

Qeyd edək ki, “Bank Standard”ın likvid aktivlərinin satışı nəzərdə tutulur. Bankdakı qorunmayan əmanətlər və digər kreditorların vəsaitləri üzrə kompensasiyalar isə “Bank Standard”ın likvid aktivlərinin realizasiyasından sonra qanunvericiliyə uyğun növbəlik prinsipi ilə ödəniləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol