Menu

«Rusiyaya heç vaxt etibar etməyin!» - Nikki Heyli

16.03.2017, 15:01
«Rusiyaya heç vaxt etibar etməyin!» - Nikki Heyli

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (BMT) Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Nikki Heyli «Rusiyaya heç vaxt etibar etməyin» çağırışı edib.

«Rusiyadan gələn təhdidi ciddi qəbul etmək gərəkdir» - deyə, o, «NBC» telekanalına verdiyi müsahibədə bəyan edib.

Bundan əvvəl məlum olub ki, Şimali Karolina məhkəməsi «Yahoo»-nun dağıdılmasına görə, Rusiya vətəndaşlarına, o cümlədən, Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Dmitri Dokuçayev və İqor Suşinə qarşı rəsmi ittiham irəli sürüb. İttiham 14 bənddən ibarətdir ki, onların arasında iqtisadi casusluq və kompüter sisteminin dağıdılması ittihamları da var.

FTX-nin əməkdaşları Dmitri Dokuçayev və İqor Suşin hal-hazırda dövlətə xəyanət ittihamı ilə həbs altına alınıb. «Yeni qəzet»in məlumatına görə, onlar «Şaltay-Baltay» haker qruplaşması ilə əlaqəli olublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol