«AzPolitika.info»-nun xarici KİV-ə istinadla yaydığı məlumata görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp qonşu Meksika ilə sərhəd boyu divarın tikintisi üçün dövlət büdcəsindən 4 milyard dollar vəsait ayırmaq niyyətindədir.
Konqresdəki mənbəyə istinadla, xəbəri «Röyter» agentliyi yayıb. İki yüzdən artıq şirkətin bu layihədə iştirak etməyə hazır olduğu bildirilir.
Bəzi məlumatlara görə, divarın tikintisi 21 milyard dollara başa gələcək.


Şərhlər