Menu

Yüzlərlə cəsədin olduğu gizli qəbiristanlıq aşkarlandı

17.03.2017, 09:17
Yüzlərlə cəsədin olduğu gizli qəbiristanlıq aşkarlandı

Meksikanın şərqindəki Verakrus ştatında narkomafiyanın qurbanı olmuş insanların növbəti gizli qəbiristanlığı aşkarlanıb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu barədə regionun qubernatoru Miqel Anxel Yunes Linares məlumat verib.

O, bildirib ki, yeni qəbirlər San-Xuliandan bir neçə kilometr məsafədə, Verakrus yaxınlığında tapılıb. Qubernator cəsədlərin sayının yüzlərlə olduğunu və onların burda ötən il basdırıldığını deyib.

Region rəhbəri hakimiyyət orqanları qarşısında cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsi və qalıqların genetik ekspertizasının aparılması kimi çətin işin dayandığını bildirib.

Qeyd edək ki, bu həftənin əvvəlində regionun prokuroru Xorxe Vinkler də bildirib ki, Kolinas-de-Santa-Fe ərazisində 250-dən çox cəsəd sümüyü aşkarlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol