Menu

ATƏT-in fəaliyyətdə olan sədri Bakıya səfər edəcək

27.05.2014, 10:45
ATƏT-in fəaliyyətdə olan sədri Bakıya səfər edəcək

İsveçrənin prezidenti və xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter iyunun 1-də Azərbaycana səfər edəcək.

APA-nın məlumatına görə, rəsmi görüşlər iyunun 2-də baş tutacaq.

Didye Burkhalter səfər zamanı Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Azərbaycanın Dağlıq Qarabağ icmasının rəhbərliyi və vətəndaş cəmmiyyətinin nümayəndələri ilə görüşəcək.

D. Burkhalter Azərbaycanın ardınca Gürcüstan və Emənistana səfər edəcək.

Səfər iyunun 4-də başa çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol