Menu

NATO-nun çevik qüvvələr dəstəsi bu gün Estoniyaya gələcək

17.03.2017, 12:31

nato-us-baltic-russia-2AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, bu gün NATO-nun çevik qüvvələr dəstəsi Estoniyaya gələcək. Dəstə 100 nəfərdən artıq Britaniya hərbçisindən ibarətdir.

Bu qüvvələr Estoniya ərazisində alyansın Varşava sammitinin qərarına əsasən yerləşdirilir. O zaman bildirmişdilər ki, qərar Krıma və Ukraynanın şərqinə Rusiyanın təcavüzünə bir cavabdır.

Aprelin ortalarına qədər Estoniya ərazisinə daha 1000 nəfər hərbi qulluqçu, tanklar, piyadaların döyüş maşınları və pilotsuz uçaqlar yerləşdiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol