«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyri-hökumət təşkilatları nümayəndələri ilə görüşü zamanı bəyan edib ki, Rusiya bəzi Avropa ölkələrinin neonasist tendensiyalara göz yummasından böyük narahatlıq keçirir.
«Bir sıra Avropa dövlətlərinin bölgədə güclənən neonasist tendensiyalara, İkinci dünya müharibəsi dövrünə aid məzarlıqlara və abidələrə qarşı yönəlmiş vandalizm aktlarına göz yummasından dərin narahatlıq keçiririk» - deyə, Lavrov bildirib.


Şərhlər