Menu

Yəməndə hava zərbəsi nəticəsində 42 qaçqın ölüb

17.03.2017, 22:20

yemenYəmən sahillərində naməlum helikopterdən endirilən hava zərbəsi nəticəsində Somalidən olan 42 qaçqın ölüb.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, sağ qalan 66 nəfər Yəmənin Xodeyda şəhərinə çatdırılıb.

Məlumata əsasən, qaçqınları daşıyan gəmi “Apaç” helikopterindən atəşə tutub. Yəməndən Sudana üzən gəminin sərnişinlərində BMT-nin Qaçqınların işi üzrə Ali Komissarlığının verdiyi sənədlər olub.

Hücumun kim tərəfindən törədildiyi hələ ki, məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol