Menu

Nyu-Yorkda ABŞ məxfi xidmətinin noutbuku oğurlanıb

18.03.2017, 00:00
Nyu-Yorkda ABŞ məxfi xidmətinin noutbuku oğurlanıb

İnformasiya şifrlənib və məsafədən silinə bilər

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, yaddaşında «Tramp-tauer»in planı və Hillari Klintonun yazışmalarının təhqiqat materialları saxlanan noutbuk Nyu-York şəhərində naməlum şəxslər tərəfindən oğurlanıb.

Polisdən «ABC-News»-ə bildiriblər ki, noutbuk martın 16-da məxfi xidmət əməkdaşının avtomobilindən oğurlanıb. Noutbukdakı informasiya şifrlənib və məsafədən silinə bilər.

Hazırda oğrunun axtarışı davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol