Menu

Türkiyədə 202 hakim və prokuror tutduğu vəzifədən azad edilib

18.03.2017, 11:46
Türkiyədə 202 hakim və prokuror tutduğu vəzifədən azad edilib

Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaq çərçivəsində 202 hakim və prokuror tutduğu vəzifədən azad edilib.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə “Resmi Gazete” məlumat yayıb.

Məlumata görə, tutduğu vəzifədən uzaqlaşdırılan 55 hakim və prokuror barəsində isə həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol