Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun ölümündən sonra davam edən axtarışlar zamanı maraqlı fakt ortaya çıxıb.Axar.az xəbər verir ki, hadisə baş verdikdən bir neçə saaat sonra sui-qəsdçi Mövlud Mərd Altındaşın adına bank hesabı açılıb. Hesab telefon nömrəsi ilə qeydiyyatdan keçirilib.
Araşdırma zamanı qeydiyyatda istifadə olunmuş nömrənin İzmirdə çobanlıq edən bir oğlana aid olduğu bilinib.
Hazırda Ankara Terrorla Mübarizə Şöbəsinə aparılan oğlanın Mövlud Mərd Altındaşla əlaqəsinin olub-olmadığını araşdırılır.

Şərhlər