“Bakı” klubunda maliyyə böhranının olması ilə bağlı məlumat vermişdik. İş adamı Hafiz Məmmədovun biznesinin iflasa uğraması klubun da fəaliyyətinə ciddi təsir edib. Uzun müddətdir ki, klubda məvaciblər verilmir. Stadium.az saytı bununla bağlı daha bir maraqlı məlumat əldə edib. Məlumata görə, rəhbərlik klubun Biləcəri qəsəbəsində yerləşən bazasın satışa çıxarıb. Bazaya 80 milyon dollar qiymət qoyulub. Hətta, “Bakı” klubunun təlim məşq bazasının bütövlükdə “Xəzər Lənkəran” klubuna da təklif edildiyi bildirilir.
Qeyd edək ki, son günlər tanınmış iş adamı Hafiz Məmmədovun biznesinə daxil olan şirkətlərdə çöküş prosesi müşahidə olunur.
Bir neçə gün əvvəl iş adamının sahib olduğu "Bank of Azerbaijan" da əlindən alınıb. Bakı klubunun isə de-fakto süqut etdiyi bildirilir.
Bir müddət əvvəl “AzPolitika.info”-ya daxil olan məlumatda Hafiz Məmmədova məxsus və Ziya Məmmədovun da payı olduğu bildirilən, rəsmi payçı kimi Baghlan Group, Greenfield İnternational RAFİ Oil-ə məxsus “Bahar Enerji Əməliyyat Şirkəti”nin də ağır duruma düşdüyü bildirilib. Belə ki, “Hafka”nın önəmli gəlir mənbələrindən olan şirkətdə neft hasilatı və qazma işləri minimum səviyyəyə düşüb.

Həmçinin o da bildirilir ki, şirkətdə çalışan işçilər “Lans”ın oyunçuları ilə eyni aqibəti yaşamaqdadırlar. Hər ayın 4-də əmək haqqı alan işçilər artıq üstündən 1 həftəyə yaxın vaxt keçsə də 1 qəpik də pul almayıblar və maaşin nə vaxt veriləcəyi barədə də heç bir xəbər verilmir. Bu da azmış kimi, şirkətdə kütləvi ixtisarların olacağı barədə söhbətlər dolaşır.
Bundan əlavə Beynəlxalq Bankın Hafiz Məmmədovu məhkəməyə verdiyi xəbəri yayılb. İş adamının banka olan borcunun bir-neçə 100 milyon olduğu bildirilir. Qeyd edək ki, bundan əvvəl “Fitch Ratings” reytinq agentliyi də Hafiz Məmmədovun “Baghlan Group”unun reytinqini geri çağırib. Və maraqlıdır ki, bu zaman səbəb kimi məhz “Baghlan Group”un yerli banklara olan KREDIT BORCLARINI VƏ KREDITLƏR ÜZRƏ FAİZLƏRİNİ ÖDƏYƏ BİLMƏMƏSİ GÖSTƏRİLİB.

Azərbaycanda adətən bu halla o OLİQARXLAR üzləşir ki, onlar hakimiyyətdəki dəstəyini itirirlər. Görünür, cənab Məmmədov da hardasa, nə isə SƏHV edib!
Murad
AzPolitika.info

Şərhlər