Menu

Peruda daşqınlar qurbanlarının sayı 72 nəfərə çatıb

19.03.2017, 01:31
Peruda daşqınlar qurbanlarının sayı 72 nəfərə çatıb

Peruda tüğyan edən güclü daşqınlar nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, təbii fəlakət zamanı 115 min tikiliyə ziyan dəyib, 117 körpü və min kilometrdən çox yol dağıdılıb.

Bundan əvvəl 1998-ci ildə baş vermiş analoji daşqınlar zamanı 374 nəfər ölüb.

Təbii fəlakətin fəsadlarının aradan qaldırılması və bərpa işlərinə 766 mln. dollaradək vəsait ayrılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol