Menu

İnyesta 35 milyon avroluq maaşdan imtina edib

19.03.2017, 01:51
İnyesta 35 milyon avroluq maaşdan imtina edib

"Barselona"nın kapitanı Andres İnyesta Çindən təklif alıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu bu ölkənin 2 klubunun maraq dairəsindədi.

Həmin komandalar İnyestaya ilinə 35 milyon avroluq maaş təklif ediblər. Bunu qəbul edəcəyi təqdirdə, 33 yaşlı yarımmüdafiəçi dünyanın ən yüksək ödənişli futbolçusuna çevriləcəkdi. Lakin o, karyerasının sonuna qədər “Barselona”nı tərk etməyəcəyini bildirib və təklifləri rədd edib.

Qeyd edək ki, Andres İnyesta 2002-ci ildən peşəkar futbolçu kimi “Barselona”nın formasını geyinir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol