Menu

Tovuzda iki minik avtomobili toqquşub, xəsarət alanlar var

19.03.2017, 10:14

Qezada-sinmish-padpres-180912Bu gün Tovuz şəhərində, Heydər Əliyev prospektində “VAZ 2106” və “VAZ2101” markalı minik avtomobilləri toqquşub.

APA-nın Qərb bürosunun məlumatına görə, qəza Tovuzçay üzərindəki körpünün üzərində olub.

Qəzada xəsarət alan 6 nəfər Tovuz rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Hazırda faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol