Menu

Amerikanın əfsanəvi rok-n-rol ifaçısı vəfat edib

19.03.2017, 10:22
Amerikanın əfsanəvi rok-n-rol ifaçısı vəfat edib

ABŞ-ın əfsanəvi rok-n-rol ifaçısı Çak Beri martın 18-də 90 yaşında vəfat edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, “Johnny B. Goode”, “Roll Over Beethoven”, “Sweet Little Sixteen” kimi unudulmaz əsərlərin müəllifi olan Çak Beri Missuridəki evində dünyasını dəyişib.

Əfsanəvi gitara ifaçısı bir sıra musiqi nəsillərinin yararlandığı böyük irs qoyub gedib. O, 1950, 60 və 70-ci illərdə məşhur olan “Sweet Little Sixteen”, “School Days”, “My Ding a Ling” kimi hitlərin müəllifidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol