Menu

Hollandiya -Türkiyə böhranına ağlagəlməz müdaxilə

19.03.2017, 10:36
Hollandiya -Türkiyə böhranına ağlagəlməz müdaxilə

Hollandiyalı jurnalist Martin de Qroot UEFA-nın Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasiminə müdaxilə etdiyini yazıb.Axar.az xəbər verir ki, o, diplomatik gərginlik yaşayan iki ölkənin - Hollandiya və Türkiyənin klublarının qarşılaşmaması üçün püşkatma mərasimində UEFA-nın “soyuq top, isti top" variantından istifadə etdiyini bildirib.

Nəticədə “Ayaks” (Hollandiya) və “Beşiktaş” (Türkiyə) klubları bir-biri ilə qarşılaşmayıb. “Beşiktaş”ın rəqibi Fransanın “Lion”, “Ayaks”ınkı isə alman “Şalke”si olub.

Qeyd edək ki, son günlərdə Niderland və Türkiyə arasında diplomatik böhran yaşanır. UEFA-nın məhz iki ölkənin azarkeşləri arasında baş verməsi ehtimal olunan xaosun qarşısını almaq üçün belə bir variantdan istifadə etdiyi deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol