Menu

Ağ Ev Trampın Merkelin əlini sıxmamasına aydınlıq gətirdi

19.03.2017, 18:09
Ağ Ev Trampın Merkelin əlini sıxmamasına aydınlıq gətirdi

Ağ Evin mətbuat katibi Şon Spayser ABŞ prezidenti Donald Trampın Almaniya kansleri Angela Merkelin əlini sıxmamasına aydınlıq gətirib.

Virtualaz.org bildirir ki, bu barədə “Spiegel” xəbər yayıb.

Mətbuat katibi güman edir ki, D. Tramp jurnalistlərin bununla bağlı müraciətini eşitməyib və bu səbəbdən də “anlaşılmazlıq” yaranıb.

Qeyd edək ki, D. Tramp və A. Merkelin görüşü zamanı jurnalistlər onların bir-birlərinin əlini sıxmasını xahiş ediblər. A. Merkel də D. Trampın əlini sıxmaq üçün ona tərəf baxıb və deyib: “Cənab prezident, biz bir-birimizin əlini sıxa bilərikmi?”. Ancaq D. Tramp ona reaksiya verməyib.

Yeri gəlmişkən, ABŞ prezidenti ilə Yaponiyanın baş naziri arasında fevralda baş tutan protokol çəkilişləri zamanı bunun tam əksi olan hadisə qeydə alınıb. Belə ki, o vaxt Tramp Sindzo Abenin əlini 20 saniyəyə qədər sıxaraq saxlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol