Menu

Biləsuvarda intihara cəhd etdi - Salyanda keçindi

21.03.2017, 21:35

sirkeBu gün Biləsuvar rayonundakı parkların birində intihara cəhd hadisəsi baş verib.

Virtualaz.org-un məlumatına görə, 1979-cu ildə anadan olmuş Salyan şəhəri, Plastik qəsəbə sakini Ələkbərov Yadigar Əbülfəz oğlu 1 şüşə sirkə turşusu içərək intihara cəhd edib.

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Yadigar Ələkbərovun vəziyyəti kritik dərəcədə ağır olduğundan təcili-yardım maşını ilə Bakı şəhərindəki xəstəxanaya aparılarkən Salyan rayonunun ərazisində keçinib.

Qonşularının bildirdiyinə görə, Yadigar Ələkbərov Salyan şəhərində kondisioner ustası olub və gün-güzəranı da pis olmayıb. Ailəsində də elə bir problemi olmadığı deyilir. Odur ki, onun hansı səbəbdən intihar etdiyi hələlik bilinmir.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol