Menu

Azərbaycan məhsullarının Rusiya ərazisinə keçirilməsində problem yaranıb

22.03.2017, 23:44

rusiya gomrukAzərbaycandan Rusiyaya aparılan kənd təsərrüfatı məhsullarının qonşu ölkə ərazisinə keçirilməsində yenidən problem yaranıb.

Bu barədə "Report"un Şimal bürosuna Şəmkir rayonundan olan fermerlər məlumat veriblər.

Qeyd olunur ki, problem sərhədin Azərbaycan tərəfində deyil, məhz Rusiya hissəsində yaranıb.

"Azərbaycanın sərhəd və gömrük orqanlarından maneəsiz keçən 1 vaqon indi Dərbənd gömrük dəmiryol stansiyasında, 25 yük avtomobili isə Rusiyanın Yaraq Qazmalar sərhəd-keçid məntəqəsində dayanıb. Həmin mallar Rusiya ərazisinə buraxılmır", - deyə məlumatda bildirilir.

Tahir Hüseynov adlı fermer Xaçmaz Gömrük İdarəsinin problemin həlli üçün qarşı tərəflə danışıqlar apardığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol