"Ukrayna münaqişəsi BMT, Avropa İttifaqı, NATO və digər qərbyönümlü qurumlar üçün cənazə marşı olacaq." Rusiyanın Ria-Novosti agentliyinin məlumatına görə, Amerikalı analitik Daniel Uels belə bir iddia irəli sürüb. O, bir məqalə dərc edib və həmin məqalədə ABŞ-ın Ukrayna böhranına təsirindən yazıb. Müəllif bildirir ki, Vaşınqtonun rejissorluğu ilə və Ukrayna Təhlükəsizlik Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar hərbi cinayətdir:
“Şübhəsiz ki, bu hərbi cinayətdir. Hesab edirəm ki, burada əsas ipin kimin əlində olmasını heç kəs unutmamalıdır. Qeyri-qanuni separatçı yığını isə sadəcə Beynəlxalq Maliyyə Fondundakı sahibləri onlara nə əmr edibsə, onları icra ediblər. Məlum olduğu kimi, BMF Qərb paytaxtlarının himayədarıdır. BMF-nin baş qərargahı hesab edilən Vaşinqton açıq-aydın başa saldı ki, Ukrayna ilə əldə etdiyi razılaşmanın kökündə məhz bütün ukraynalıların qətli durur”.
Analitikin fikrincə, Ukraynanın Cənub-Şərqində icra edilən hərbi əməliyyatlar tarixə ən biabırçı və iyrənc hərbi kampaniyalardan biri kimi daxil olacaq.


Şərhlər