Menu

Şəmkirdə 78 yaşlı qadın döyülüb

23.03.2017, 17:08

ambulansŞəmkirdə 1939-cu il təvəllüdlü qadın döyülüb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir şəhər sakini Zəhra Məmmədova müxtəlif bədən xəsarətləri ilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, qadın mübahisə etdiyi şəxs tərəfindən döyülüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol