Menu

Şimali Koreya yeni nüvə sınaqlarına hazırlaşır!

24.03.2017, 13:22

kim-jong-un_697733

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Respublikası (KXDR) yeni nüvə sınaqlarına hazırlıq görür. ABŞ kəşfiyyatının məlumatına istinadla, bu xəbəri «Foks Nyüs» kanalı yayıb.

Ehtimallara görə, sınaqlar martın sonunda baş tuta bilər.

Martın əvvəlində Şimali Koreya iki ballistik raketi sınaqdan keçirib. Raketlər Yaponiyanın dənizdəki iqtisadi zonası sayılan sulara düşüb.

Bu yaxınlarda ABŞ dövlət katibi Reks Tillerson bildirmişdi ki, Pxenyan özünün raket-nüvə proqramını dayandırmadığı təqdirdə, KXDR-a hərbi zərbə vurulacağını istisna etmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol