Menu

Bakıdakı bir sıra səfirliklərdə bayraqlar endirilib

24.03.2017, 14:07
Bakıdakı bir sıra səfirliklərdə bayraqlar endirilib

Böyük Britaniyanın paytaxtı Londonda martın 22-də törədilən terror aktı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində Britaniyanın dövlət bayrağı yarıyadək endirilib. Bu barədə "Report"a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Böyük Britaniya səfirliyi ilə yanaşı Avropanın bir sıra ölkələrinin Azərbaycandakı səfirliklərində də həmrəylik işarəsi olaraq dövlət bayraqları yarıyadək endirilib.

Xatırladaq ki, İŞİD terror təşkilatı ilə bağlı olan britaniyalı maşını idarə edərək Vestminster körpüsündə olan bir neçə nəfəri əzib. Nəticədə 4 nəfər həlak olub, onlarla insan yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol