Menu

Rusiyada barıt zavodunda yanğın olub - Ölən var

25.03.2017, 00:07
Rusiyada barıt zavodunda yanğın olub - Ölən var

Rusiyanın Kazan şəhərindəki barıt zavodunda yanğın baş verib, hadisə yerində yanğınsöndürən ölüb

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Tatarıstan Respublikasının fövqəladə hallar xidmətinin məlumatında deyilir.

Məlumata əsasən, yanğın zavodun hazır məhsullar sexində baş verib. Yanğın 400 kv/m ərazini əhatə edib.

Hazırda yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol