Menu

Suriya ordusu Dəməşqin şərqindəki sənaye zonasını azad edib

25.03.2017, 00:11

Ozgur_Suriya_Ordusu_020812Suriya ordusu Dəməşqin şərqində yerləşən sənaye rayonunda terrorçular tərəfindən ələ keçirilən bütün binaları geri qaytarıb.

"Report" xəbər verir ki, bu barədə Suriya Silahlı Qüvvələri komandanlığının SANA agentliyi tərəfindən yayılan kommünikesində bildirilir.

Qeyd olunur ki, hərbçilər məğlubiyyətə uğradılmış dəstənin sağ qalan və Cobar məhəlləsində gizlənməyə çalışan üzvlərini təqib edirlər.

"Son 48 saat ərzində paytaxtın şərq hissəsindəki toxuculuq fabriki yüzlərlə terrorçunun məzarına çevrilib", - deyə bəyanatda bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol