Menu

Tramp Yunkerlə Tusku səhv saldı

25.03.2017, 10:12
Tramp Yunkerlə Tusku səhv saldı

ABŞ prezidenti Donald Tramp Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerlə Avropa İttifaqı Şurasının prezidenti Donald Tusku səhv salıb. APA-nın məlumatına görə, bu barədə Jan-Klod Yunker "Financial Times" qəzetinə müsahibəsində bildirib.

"O (Tramp - red.) Tuskla telefonda danışırdı, lakin mənimlə danışdığını düşünürdü. Tarixdə ilk dəfə olaraq elə bir təəssürat yanaır ki, sanki ABŞ prezidentini Avropa maraqlandırmır", - deyə Avropa Komissiyasının rəhbəri qeyd edib.

"Financial Times" isə qeyd edir ki, gələn ay Yunker ABŞ-a səfər etməyi planlaşdırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol