AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, bu gün Estoniyada yeri əhalinin Sibirə deportasiya olunmasının 68 illiyi qeyd olunur. Tallin şəhərində «Azadlıq müharibəsi» monumenti qarşısında anım mərasimi keçirilir. Xalq adından memorialın «ayaqları altına» əklili ölkənin ədliyyə naziri Urmas Reynsalu qoyacaq.
Bundan başqa Tallin şəhəri, «Memento» ittifaqı və diplomatik korpus adından da əklillər və güllər qoyulacaq. Bu barədə Estoniya ədliyyə nazirliyinin mətbuat xidmətindən «İnterfaks»a bildiriblər.
Axşam saatlarında Tallinin «Azadlıq» meydanında və respublikaının digər şəhərlərində deportasiya qurbanlarının xatirəsinə minlərlə şam yandırılacaq.
Məlumat üçün bildirək ki, SSRİ Nazirlər Sovetinin 1949-cu il 25 mart qərarı əsasında Krasnoyarsk diyarına, Novosibirsk vilayətinə, qismən isə İrkutsk və Omsk vilayətlərinə qocalar, qadınlar və uşaqlar da daxil olmaqla 22 min Estoniya sakini (7,5 min ailə) deportasiya edilib. Onların çoxu 1958-ci ildə azad olunub, bir hissəsi isə bu tarixə qədər yaşamayıb.
Estoniyada deportasiya, genosid və insanlığa qarşı cinayət kimi səciyyələndirilir.
Görəsən, deportasiyaya hamıdan artıq məruz qoyulmuş Azərbaycan nə vaxt «ayılacaq»?..


Şərhlər