Menu

“Gürcüstanla münasibətlər bütün sahələrdə inkişaf edir” - Əflatun Amaşov

25.03.2017, 20:00
“Gürcüstanla münasibətlər bütün sahələrdə inkişaf edir” - Əflatun Amaşov

“Azərbaycan-Gürcüstan münasibətləri bütün sahələrdə, o cümlədən parlamentlər arasında inkişaf edir. Biz strateji tərəfdaşlarıq”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu sözləri Tbilisidə səfərdə olan jurnalistlərə müsahibəsində Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əflatun Amaşov deyib.

Ə.Amaşov deyib: “Bizim ikitərəfli münasibətlər yüksək səviyyədədir. Vaxtaşırı Gürcüstan parlamentinin üzvləri ilə səmərəli görüşlərimiz olur. Biz bu cür görüşlərin, qarşılıqlı səfərlərin sayını artırmaq niyyətindəyik. İnanıram ki, biz deputatlar olaraq dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin inkişafına öz töhfəmizi verəcəyik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol